Menu
Geri İrəli

Azərbaycan fermeri Rassveti “ayağa qaldırır”

Müəllif: Sumqayitxeber.com • Tarix: 11 Avqust 2015 • Baxış sayı: 364 dəfə • Şərh yoxdur

fermerOnun böyük oğlu Bakıya gedib.

Nə vaxtsa Kamışlovsk şəhərinin çiçəklənən Rassvet qəsəbəsində süd məhsulları ferması, balıq sexi və çörəkbişirmə sexi olub. İndi isə qəsəbə sakinləri üçün yeganə iş yeri Mehdiyevlərin fermasıdır. Onlar səhərdən axşamadək kənd təsərrüfatı ilə məşğul olurlar və kəndliləri də işə cəlb edirlər.

Oxu.Az xəbər verir ki, bu barədə “Oblastnaya qazeta” yazır.

Sahib Həmid oğlu Mehdiyev Kamışlovsk qəsəbəsinə təsadüfən gəlib. O, Azərbaycanda doğulub, Ukraynada Donetsk vilayətində aviasiya məktəbini bitirib, təyinat üzrə Xabarovska gedib. Altı il orada mexanikaçı işləyib, sonra onu dostu Yekaterinburqa dəvət edib. Sahib burada əsaslanmağı qərara alır. İlkin olaraq mağaza açır, 12 il əvvəl isə kənddə sahibkarlığı davam etdirmək qərarına gəlir.

“Kamışlovsk rayonunda kartof alanda sakit kənd gördüm, ailəmlə ora köçməyi qərar verdim. Yeddi inək və 27 qoyun ilə başladım. İlk zamanlar əlbəttə çətin idi. Mən bütün ömrüm boyu şəhərdə yaşamışam, ona görə də kənd təsərrüfatının əsaslarını kitablardan öyrənmək lazım gəldi”.

Bələdiyyə təşəbbüskar sahibkarı dəstəkləyib və tez bir zamanda irəliləyiş əldə edilib. 2010-cu ildə Sahib “Ən yaxşı həyət” müsabiqəsində qalib gəlir, keçən il isə onun təsərrüfatı “Vilayətdə özəl yardımçı təsərrüfatlar arasında süd təhvili üzrə ən yaxşı təsərrüfat” adına layiq görülüb.

İndi Mehdiyevlər 200 qoyun, 50 inək, donuz və toyuq saxlayırlar, kartof və qarğıdalı əkirlər. Fermada demək olar ki, ailəlikcə işləyirlər – kiçik oğlu və qızı valideynlərinə yardım edir. Böyük oğlu universiteti bitirdikdən sonra Bakıya gedib, indi bankda işləyir. Qızı öz ailəsi ilə Rassvetdə yaşayır – ailə işini davam etdirir. Kiçik oğlu Kamışlovskda kadet məktəbində oxuyur və hər gün məktəbə getmək üçün 30 km yol qət edir. Mehdiyevlərdən başqa fermada 8 nəfər işləyir, yayda onların sayı artır. Yerlilər üçün bu, pul qazanmaq üçün yeganə imkandır.

“Ət və süd məhsullarını özümüz realizə edirik. Bəzi şeyləri adamlar elə fermadan alırlar, əsas hissəni Kamışlovskda pavilyona aparırıq. Əvvəllər südü kooperativə təhvil verirdik, sonra anladıq ki, bu, çox ucuzdur, axı inəkləri yemləmək və sağıcılara maaş ödəmək lazımdır. İndi özümüz satırıq, litri 30 rubla. Qoyunların sayını 500-600-ə qədər artırmağı planlayıram”, – fermer bildirib.

Sahib vətəni ilə əlaqəni kəsmir, amma Rusiyasız yaşamağı düşünmür. Qohum və dostlarına nadir hallarda qonaq gəlir. Belə böyük ferma ilə ölkələri gəzmək çətindir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın