Menu
Geri İrəli

Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq – BƏYANAT

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Aprel 2016 • Baxış sayı: 521 dəfə • Şərh yoxdur

mudafie-nazirliyi-ess2Cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq”

Azərbaycan Müdafiə Nazirliyi bu gecə cəbhə xəttində ermənilərin həyata keçirdiyi təxribatlarla bağlı bəyanat yayıb.

 Nazirliyin mətbuat xidmətindən musavat.com-a daxil olan məlumatda deyilir:
 Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
 Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
 Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın