Menu
Geri İrəli

Azərbaycan prezidenti: “Zəhranın və nənəsinin qanı yerdə qalmadı”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyul 2017 • Baxış sayı: 883 dəfə • Şərh yoxdur

77“Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı”. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Ötən ay Ermənistanın törətdiyi təxribat nəticəsində bir hərbçimizin şəhid olduğunu, lakin ordumuzun yenə də düşmənə layiqli cavab verdiyi deyən prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib. Bunu Ermənistan siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini bütün dünyaya nümayiş etdirdiyini bildirdi. “Bu cinayət cavabsız qoyulmadı”, – deyə Azərbaycan prezidenti vurğulayıb.

İlin birinci yarısında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyi ilə bağlı bir çox irəliləyişlərin olduğunu deyən Azərbaycan prezidenti İlham Əliyev bu ilin əvvəlində separatçı rejimin keçirdiyi qondarma “referendum”un dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınmadığını diqqətə çatdırıb: “Bununla da, beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını bir daha bəyan edib. Ötən ilin aprelində baş verən hadisələrdən sonra Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən xarici işlər nazirləri görüşüb, Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib və beləliklə işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb”.

Münaqişənin həlli ilə bağlı təzyiqlər artanda Ermənistanın hər zamana təxribata əl atdığını deyən prezident İlham Əliyev bildirib ki, bunu illər öncə Ermənistan parlamentində baş verən terror aktı, 2014-cü ildə Paris danışıqlarından sonra cəbhədə vəziyyətin gərginləşməsi, həmçinin 2016-cı ilin aprelində təmas xəttində törədilən təxribatın qarşısının ordumuz tərəfindən layiqincə alınması da təsdiqləyir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın