Menu
Geri İrəli

“Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)” kitabının təqdimat mərasimi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2017 • Baxış sayı: 357 dəfə • Şərh yoxdur
Share Button

2017-ci il may ayının 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)”kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), bir sıra ali məktəblərin, KİV-in nümayəndələri, millət vəkilləri, alim və mütəxəssislər, politoloqlar iştirak etmişlər. SAM əməkdaşlarının kollektiv əməyinin məhsulu olan bu kitab Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuşdur.

SAM-ın direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov təqdimat mərasimini açaraq qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin son 25 il ərzində keçdiyi mürəkkəb yolu, siyasi-iqtisadi maraqların və milli təhlükəsizlik mənafelərinin təminatında əldə etdiyi nailiyyətləri, siyasi kursunu, prinsip və vəzifələrini, beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyini, ölkəmizin üzləşdiyi problemlərin, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində strategiyasını və ardıcıl fəaliyyətini bir kitaba sığdırmaq, onun əhatəli şərhini vermək, heç şübhəsiz, cətindir. Bununla belə, kitaba daxil edilən məqalələrin müəllifləri ötən dövr ərzində Azərbaycan Respublikasının xarici siyasətinin ayrı-ayrı prioritet istiqamətlərinə, onun özünəməxsus identikliyinə, dövlətimizin beynəlxalq təhlükəsizlik və beynəlxalq iqtisadi münasibətlər sistemindəki yerinə, taktiki imkanlarına dair qısa xülasələri oxucuların diqqətinə catdırmağa calışmışlar. Azərbaycanın çox mürəkkəb geosiyasi coğrafiyada yerləşdiyini qeyd edən F.Məmmədov diqqətə çatdırmışdır ki, bütün təsirlərə baxmayaraq Azərbaycan öz identikliyini qoruyub-saxlaya bilmişdir. Bütün bunlar isə, heç şübhəsiz, Ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanan xarici və daxili siyasət strategiyası və bu siyasəti çox uğurla davam etdirən, dünyaya yeni xarici siyasət strategiyası təqdim edən Prezident İlham Əliyevin  gərgin fəaliyyəti sayəsində mümkün olmuşdur.

F.Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikasının xarici siyasətinə dair son illər bir neçə kitab həsr olunmuşdur. Bu kitabın özəlliyi isə ondadır ki, burada həm tarixi hadisələrin xronologiyası, həm nəzəriyyə, həm də siyasi təcrübə analitik təhlil süzgəcindən keçirilir və gələcəyə dair aydın baxış formalaşdırılır. SAM-ın direktoru onu da vurğulamışdır ki, beynəlxalq münasibətlərin aktual problemləri və xarici siyasət məsələləri 2017-ci ildə 10 yaşı tamam olan Strateji Araşdırmalar Mərkəzinin əsas tədqiqat istiqamətlərindən biridir.

Tədbirdə çıxış edən Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəyli qeyd etmişdir ki, 2017-ci il Azərbaycan Respublikası üçün əlamətdar hadisələrlə zəngindir. Əgər keçən il biz dövlət müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişiksə, bu il beynəlxalq diplomatik əlaqələrimizin 25 illi tamam olur. Natiq bildirmişdir ki, ümumiyyətlə, Azərbaycan xarici siyasəti “itirilmiş illər” kimi xarakterizə edilən xaos dövründən başlayaraq çətin və  mürəkkəb 4 mərhələdən keçmişdir. Məhz ikinci mərhələdə, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin müasir dövlət quruculuğuna qayıdışından sonra balanlaşdırılmış, çoxvektorlu prinsiplər, ən əsası milli maraqlara söykənən xarici siyasət strategiyasının formalaşdırılmasına başlanılmışdır. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionun lider dövlətinə çevrilmiş, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. Həmin uğurlar müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir. Bu siyasətin təməli sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərdən, vəzifələri isə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə siyasi təminat verilməsindən və beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsindən, dünya birliyində mövqeyinin möhkəmləndirilməsindən, bərabərhüquqlu və ölkəmizin milli mənafelərinə cavab verən iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasından – bir sözlə, Azərbaycan xalqının milli maraqlarına uyğun olan ardıcıl və açıq xarici siyasət yürüdülməsindən ibarətdir.

Ə.Həbibbəyli bildirmişdir ki, canab Prezident İlham Əliyevin dövründə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ən yeni mərhələdə Azərbaycan Respublikasının xarici siyasəti, beynəlxalq diplomatik əlaqələri yeni xarakter almağa başlamışdır. Dünyanın mürəkkəb siyasi arenasına yeni ikitərəfli və üçtərəfli (Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran və s.) strateji əməkdaşlıq modellərini  təqdim edən Azərbaycan bu gün artıq dünyanın 17 dövləti ilə strateji tərəfdaşlıq səviyyəsində əlaqələr qurmuşdur. Bütün bu məsələlərin ətraflı təhlilinin bu kitabda əksini tapması onun elmi və siyasi əhəmiyyətini artıran məqamlardır. Ə.Həbibbəyli onu da vurğulamışdır ki, artıq 10 illiyini qeyd edən SAM bu illər ərzində bir neçə dəyərli layihə həyata keçirmişdir. Keçən il Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəhbərliyi ilə “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” kitabının çap olunması bu fundamental layihələrdən biridir.

Sonra çıxış edən AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı qeyd etmişdir ki, Azərbaycan xarici siyasətinin yazılmasının cəmi 25 illik tarixi var. Çünki uzun müddət Azəırbaycan Sovetlər Birliyinin tərkibində olduğundan bu mövzuda yazmaq ancaq mərkəzin – Moskvanın icazəsi ilə mümkün idi. Yəni buna qədər bu ənənə mövcud deyildi. Ümumiyyətlə, yaşadığın dövrün xarici siyasətini yazmağın çox çətin olduğunu, bu sahədə bir neçə elmi (tarix, coğrafiya, iqtisadiyyat və s.) bilməyin zəruriliyini, elmi terminologiyanın da kifayət qədər formalaşmadığını qeyd edən natiq bildirmişdir ki, həm konsepsiyası, strukturu, ideyası, qarşıya qoyulmuş məqsəd və prinsipləri, həmçinin metodologiyası baxımından təqdimatı keçirilən kitab çox fərqlənir. Bu kitabda əvvəlki tədqiqatlardan fərqli olaraq həm də yeni xarici siyasət məsələlərinə – “yumşaq güc” siyasəti, rəqəmsal diplomatiya və s. geniş yer verilir. Bu da gələcək tədqiqatlar üçün yeni perspektivlər açır.

SAM-ın direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva çıxışında SAM əməkdaşlarının il yarımlıq zəhmətinin bəhrəsi olan bu kitabda əksini tapmış məqalələrin əsas ideya istiqamətlərinə toxunmuş, xüsusilə həmmüəllifi olduğu “Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli  xarici siyasətin əsas prioriteti kimi” məqaləsi haqqında geniş məlumat vermişdir. O, aparılan danışıqların, Azərbaycan hökumətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin burada geniş əks olunduğunu qeyd etmişdir. G.Paşayeva onu da vurğulamışdır ki, kitabda eyni zamanda Azərbaycan Respublikasının xarici siyasətinin iqtisadi yönləri və humanitar aspektləri, enerji diplomatiyası, müstəqil Azərbaycanda informasiya cəmiyyəti quruculuğu, modernləşən xarici siyasət və diplomatiya məsələləri də tədqiqata cəlb edilmişdir.

SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Vəliyev çıxışında kitab yazılarkən qarşıya qoyulmuş əsas məqsədin Azərbaycan xarici siyasətinin son 25 ildə əsasən hansı istiqamətlərdə inkişaf etdiyini, hansı prinsiplərə əsaslandığını, hansı ölkələr və xarici təşkilatlarla həyata keçirildiyini göstərmək və ətraflı təhlil etmək olduğunu bildirmişdir. O qeyd etymişdir ki, xarici siyasət məsələlərindən yazmaq tədqiqatçıdan ilk növbədə siyasi tarix, beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsindən biliklər tələb edir. Kitabın yazılmasında bu məqamları nəzərə alan SAM əməkdaşları ayrı-ayrı məqalələrdə  Azərbaycanın qonşu ölkələr (Türkiyə Respublikası, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan) və Mərkəzi Asiya respublikaları (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) ilə əlaqələrini ətraflı araşdırmışlar. Bundan başqa, kitabda Azərbaycanın qlobal və regional güclərlə (Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Çin, Almaniya, Mərkəzi, Şərqi, Cənubi və Cənub-Şərqi Avropa ölkələri (Polşa, Macarıstan, Çexiya, Rumıniya, Bolqarıstan, İtaliya, Yunanıstan) və Baltikyanı ölkələrlə (Latviya, Litva, Estoniya) münasibətləri təhlil edilmişdir. Azərbaycanın beynəlxalq təşkilatlarla (BMT, Avropa Şurası, MDB, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Türk Şurası, Qoşulmama Hərəkatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı) əlaqələri və bu təşkilatların fəaliyyətində iştirakı nəzərdən keçirilmişdir.

Daha sonra tədbirdə çıxış edən AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, hüquq üzrə  elmlər doktoru, professor Rüstəm Məmmədov, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, siyasi elmlər üzrə elmlər doktoru Ramiz Sevdimalıyev, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa və digər alim və mütəxəssislər Azərbaycan Respublikasının xarici siyasətinin son 25 il ərzində keçdiyi mürəkkəb yolun ətraflı təhlilini verməsi baxımından SAM-ın növbəti uğurlu layihələrindən biri olan “Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)” kitabının əhəmiyyətini yüksək qiymətləndirmiş, onun aktuallığı, strukturu və elmi məziyyətlərindən danışmışlar. Çıxış edənlərin əksəriyyəti bu kitabın ali məktəblərdə beynəlxalq münasibətlər və xarici siyasət məsələlərinin tədrisi zamanı dərs vəsaiti kimi istifadə olunmasının və xarici dillərə tərcümə edilərək daha geniş auditoriyaya çatdırılmasının zəruriliyini qeyd etmiş, bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulamışlar.

Kütləvi tirajla çap edilmiş kitab xarici siyasət məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə

5D3_5538 5D3_5580 5D3_5600 5D3_5602 5D3_5637 5D3_5648

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın