Menu
Geri İrəli

Azərbaycan Rusiya ilə 5 milyard dollarlıq müqavilələr imzalayıb: yeni silahlar alır

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2017 • Baxış sayı: 355 dəfə • Şərh yoxdur
Share Button

7b2192e5b7138216bd856d585438e765“Biz yeni silahların alınması ilə bağlı Moskva ilə danışıqlar aparırıq”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində RİA “Novosti”-yə müsahibəsində deyib.

Dövlət başçısı Rusiyanın hərbi sənayesinin yüksək səviyyədə inkişaf etdiyini bildirib: “Biz xüsusilə ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bunlara helikopterlər, müdafiə sistemləri-bütün kompleks daxildir. Bu daimi prosesdir”.

Azərbaycan prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində yeni müqavilələrin imzalanması üçün yaxşı perspektivlər var: “Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollarlıq müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın