Menu
Geri İrəli

Azərbaycan Rusiyadan 100 tank aldı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyun 2015 • Baxış sayı: 324 dəfə • Şərh yoxdur

93535 (1)Rusiyanın “Uralvaqonzavod” Dövlət Konserni Azərbaycanın sifariş verdiyi 100 ədəd T-90S tankının hamısını təhvil verib. ANS PRESS xəbər verir ki, “AzeriDefence”nin “Armiya -2015″ forumunda iştirak edən əməkdaşını xəbərinə görə, bu barədə UVZ-nin stendindən məlumat verilib. Tankların çatdırılması bir neçə ay əvvəl yekunlaşıb. Hazırda istehsalçı müəssisə ehtiyat hissələrin çatdırılmasını davam etdirir. “Gördüklərimizdən çox məmnunuq. Azərbaycan tankçıları qısa müddətdə T-90-ların istismarını mənimsədilər. Bizdə olan məlumata görə hətta təlimlərdə yeni tankları tətbiq ediblər”, – deyə UVZ rəsmisi bildirib. Qeyd edək ki, T-90S tanklarının Azərbaycana çatdırılmasında 2013-cü ildə başlanıb. Tanklar ilk dəfə 2013 -cü ilin iyun ayında Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın