Menu
Geri İrəli

Azərbaycan: tolerantlığın və multikulturalizmin ünvanı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Noyabr 2016 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur

nusabeBu gün Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayır. Qeyd edək ki, XXI əsrin əvvəllərindən başlayaraq bir sıra Qərb ölkələrinin müəyyən obyektiv və subyektiv səbəblər üzündən etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində ciddi problemlərlə üzləşdiklərini, nəticədə multikulturalizm siyasətinin səmərəsiz olması və iflasa uğraması kimi qənaətə gəliblər. Lakin Azərbaycan tarixi, mədəniyyəti, dövlətçiliyi və bu gün ölkəmizdə həyata keçirilən uğurlu multikulturalizm siyasəti dünya ictimaiyyətinin diqqətindədir.

Bu mənada, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan dünyanın ən tolerant və multikultural ölkələrindən biridir. Azərbaycan bütün millətlərin, xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı nadir ölkələrdəndir.

Azərbaycanda tolerantlıq mühitinin möhkəmlənməsində və multikultural dəyərlərin qorunub saxlanmasında Heydər Əliyev siyasətinin böyük rolu var. Ulu öndər Heydər Əliyev daim respublikamızda dini etiqad azadlığının təminatçısı, milli mənəvi dəyərlərin qoruyucusu olub. Təsadüfi deyildir ki, Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisi hesab edilir. Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev bu gün Azərbaycan multikulturalizmini dövlət siyasəti səviyyəsinə yüksəltməyə nail olub. Bu, azərbaycançılıq ideologiyasının çox böyük qələbəsidir. Artıq Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli formalaşıb.

Son illər Azərbaycanda keçirilən humanitar forum və digər beynəlxalq tədbirlər ölkəmizi dünya multikulturalizminin mərkəzlərindən birinə çevirib. Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfranslarda dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibətin və dialoqun gücləndirilməli olduğunu da bəyan edir.

Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmin inkişafını bir missiya kimi üzərinə götürüb. Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamafobiya və antisemitizm ola bilər. Ona görə də, dünyada artan qlobal qeyri-sabitlik fonunda Azərbaycanda müxtəlif dinlərin və millətlərin birgə yaşaması əsasında qurulmuş multikulturalizm və tolerantlıq hər kəs üçün örnəkdir. Çünki Azərbaycan multikulturalizm ideyasını gələcəkdə bəşəriyyətin inkişafı üçün yeganə yol hesab edir.

Nüşabə Əşrəfova, 
YAP GB-nin üzvü

Facebook Şərhləndirmə:

Şərhinizi yazın