Menu
Geri İrəli

Azərbaycan XİN-də HƏYƏCAN: o səfirlik gücləndirilmiş rejimə keçdi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2015 • Baxış sayı: 401 dəfə • Şərh yoxdur

3d44557fef7d596cf5df661c73f3296cNazirlik məsələ ilə bağlı rəsmi məlumat yayıb

Xarici İşlər Nazirliyi Azərbaycanın Belçikadakı səfirliyinin gücləndirilmiş rejimdə işlədiyini açıqlayıb. Lent.az xəbər verir ki, KİV-in sorğusuna cavab olaraq, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər: “Hal-hazırda Belçikada olan vətəndaşlarımızdan kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.

NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın