Menu
Geri İrəli

Azərbaycana gələn bərədə terrorun qarşısı alındı – İKİ QARDAŞ HƏBS EDİLDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2017 • Baxış sayı: 70 dəfə • Şərh yoxdur
Share Button

gemi2Avqustun 28-də Türkmənistanın xüsusi xidmət orqanları tərəfindən Türkmənbaşı şəhərinin limanında terror aktının qarşısını alınıb.

APA-nın “Türkmənistan xornikası” portalına istinadən verdiyi xəbərə görə, Türkmənistan vətəndaşı olan iki qardaş (ad və soyadları açıqlanmır) Türkmənbaşı-Bakı reysini yerinə yetirən “Bəxtiyar” adlı yük-sərnişin bərəsinə partlayıcı qurğu keçirməyə cəhd edib.

Bildirilir ki, qardaşlar müxtəlif yerlərə bilet alıb, partlayıcı qurğunu isə hissələr şəkilində ayrı-ayrılıqda keçirərək göyərtədə yığmağı planlaşdırıblar.

Məlumata görə, həmin gün bərədə 170-ə yaxın sərnişin, Türkiyə şirkətinə məxsus yük avtomobilləri və həmin şirkətin heyəti olub.

Qeyd edilir ki, xüsusi xidmət orqanları terror aktının törədiləcəyindən əvvəlcədən xəbər tutub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın