Menu
Geri İrəli

Azərbaycana sulu qar yağacaq – Nazirlikdən xəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2016 • Baxış sayı: 754 dəfə • Şərh yoxdur

havaHava şəraitinin kəskin dəyişəcəyi haqda xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 24-dən 25-i gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək, gündüz saatlarında 20-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 23-ü gündüzdən 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın