Menu
Geri İrəli

“Azərbaycana turist axını artacaq” – Prezident

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2017 • Baxış sayı: 375 dəfə • Şərh yoxdur
Share Button
ilham-aliyev“Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür. IV İslam Həmrəyliyi Oyunlarından sonra ölkəmizə daha çox turist axını olacaq”.
APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə deyib. Prezident bildirib ki, Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri gücümüzü daha da artırır. Dövlət başçısının sözlərinə görə, yəni, bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır.
“İdman yarışları, Olimpiya Oyunları, İslam Oyunları, Avropa Oyunları elə bir tədbirdir ki, bu tədbirlərdə həm idmançılar, həm ölkələr rəqabət aparırlar. İqtisadi, siyasi sahələrdə, beynəlxalq münasibətlər sahəsində bəzən birinciliyi müəyyən etmək üçün bəzi qurumlar, təşkilatlar çətinlik çəkirlər. Çünki müəyyən meyarlar olmalıdır. İdmanda isə hər şey açıq-aydındır. Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir”, – deyə prezident qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək: “Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar”.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın