Menu
Geri İrəli

Azərbaycana yeni silahlar gətirildi – düşmənə göz dağı

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2017 • Baxış sayı: 169 dəfə • Şərh yoxdur

İşğalçı ölkənin və erməni lobbisinin səyləri fiaskoda; Ölkəmiz modern İsrail silahlarının ilk xarici alıcısı oldu; Bakının yəhudi dövləti və Rusiya ilə hərbi əməkdaşlığı uğurla davam edir; erməni nəşri: “Putin Ermənistanı saymır…”

Azərbaycan Rusiya və ABŞ yüksək çinli generalların ikinci görüşünə ev sahibliyi eləməklə bir daha özünə qarşı böyük güclərin etimadını və etibarını nümayiş etdirmiş oldu. Bu fakt sözsüz ki, ölkəmizin regiondakı və dünyadakı imicinə və nüfuzuna əlavə müsbət xallar gətirəcək – hansından ki, ən çox işğalçı Ermənistan narahatlıq keçirməkdədir. Çünki Azərbaycanın nüfuz və mövqeyinin güclənməsi sövq-təbii Dağlıq Qarabağ məsələsində onun daha uğurlu mövqeyə çıxması deməkdir.

Söhbət həmçinin, əməkdaşlığın hərbi aspektlərindən gedir. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyevin Rusiyan müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimovla görüşü həm də bir fürsət idi ki, iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılsın. Elə də oldu.

Image result for Valeri Gerasimov İlham Əliyev

Görüşdə diqqət çəkən mühüm məqamlardan biri də Rusiya ilə Azərbaycan arasında hərbi və hərbi texnikada əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ölkə prezidentinin əminlik ifadə eləməsi oldu. Öz növbəsində general Gerasimov bildirdi ki, “iki ölkə hərbi və hərbi-texniki sahələrdə də uğurlu əməkdaşlıq edir”. Onun sözlərinə görə, “Rusiya və Azərbaycan arasında ənənəvi dostluq əlaqələri mövcuddur və Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır”.

*****
Məlumdur ki, Azərbaycanın Rusiya ilə yanaşı, İsraillə də hərbi və hərbi texniki əməkdaşlığı yüksək səviyyədədir. Söz düşmüşkən, ölkəmizə artıq İsrail istehsalı olan yeni silahlar gətirilib. Musavat.com-un məlumatına görə, bu barədə azeridefence.az co saytı MSPO 2017 Beynəlxalq Müdafiə Sərgisinə istinadən xəbər yayıb. Məlumata görə, Azərbaycana “Elbit Systems” İsrail şirkətinin istehsalı olan yeni nəsil avtomatik minomyotların nümunələri gətirilib.

Image result for MSPO 2017 Beynəlxalq Müdafiə Sərgisi
O da bildirilir ki, BTR-70 üzərində quraşdırılmış bu minomyot avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilib. Yeni minomyot avtomatik şəkildə döyüş hazırlığı vəziyyətinə gəlmə, koordinatların hesablanması və yönəldilməsi funksiyasına malikdir. Eyni zamanda o, “Spear” idarə olunan minalarla 10 km-dək olan məsafədə hədəfləri vurmaq qabiliyyətindədir. İsraildəki hərbi mənbələrin məlumatına görə, Azərbaycan bu silahın ilk xarici alıcısı olub.

*****

Xatırladaq ki, az öncə isə Rusiyadan da Bakıya yenı partiya silah-sursat gətirilmişdi. Azərbaycanın həm Rusiya, həm də İsraildən müasir silahlar almaqda davam eləməsi sübhisiz ki, ən çox Ermənistanı narahat edir. Təsadüfi deyil ki, İrəvan Rusiyaya əngəl ola bilməsə də, İsrail-Azərbaycan hərbi-texniki əlaqələrini korlamaq üçün dəridən-qabıqdan çıxır. Son vaxtlar bəzi aztirajlı İsrail nəşrlərində Azərbaycan əleyhinə gedən yazıların əsas hədəfi məhz budur.

Lakin göründüyü kimi, bu kimi cəhdlər əbəsdir. Çünki yəhudi dövləti ilə ölkəmiz arasında son illərdə formalaşan münasibətlər möhkəm təməl üzərində qurulub, strateji xarakter daşıyır və təkcə hərbi sferanı əhatə eləmir. İki ölkənin əməkdaşlığını zəruri edən başqa, hətta daha vacib amillər var.

Image result for KTMT təhlükəsizlik

Bu xüsusda Lragir.am saytında getmiş redaksiya məqaləsi maraqlı olmaqla bərabər, düşmən tərəfdəki ab-havanı bilmək baxımından diqqət çəkir. Musavat.com məqaləni təqdim edir:

“Konflikt zonasına silahlar göndərilməsi sülhə yox, gərginliyə xidmət edir. Bu sözləri Putin deyib və ABŞ-ın Ukraynaya silah verməsini beləcə, o qınayıb. Ancaq bu zaman yaddan çıxarıb ki, Rusiya özü Azərbaycana və Ermənistana silah verir və bu heç də sülhə xidmət eləmir. Putin ümumiyyətlə, Ermənistanla bağlı unutqandır. Hələ 2014-cü ildə o, jurnalistlərin suallarına cavab verərkən bildirmişdi ki, Rusiyanın xaricdə cəmi iki hərbi bazası var – Qırğızıstanda və Tacikistanda. Görünür, Putin Gümrüdəki 102 saylı bazanı unudub. Ya da artıq Ermənistanı xarici ölkə saymır.

Daha sonra Moskvada Serj Sərkisyanı qəbul edən Vladimir Putin iki ölkə arasındakı münasibətləri “strateji tərəfdaşlıq əlaqələri” kimi təqdim elədi. Hərgah, Rusiya və Ermənistan strateji müttəfiqlərdir. Bununla bağlı 1997-ci ildə imzalanmış müqavilə də var. Strateji əməkdaşlıq isə ayrı şeydir. Bundan başqa, Putin onu da dedi ki, KTMT təhlükəsizlik, terrorla və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə görə məsuldur ki, “sərhədlərimizdə sakitlik olsun”.

Image result for Serj Sərkisyanı qəbul edən Vladimir Putin

Ancaq bu zaman o, unutdu ki, Rusiya-Ermənistan müqaviləsi təhlükəsizlik komponentini də özündə ehtiva edir. Yəni təhlükəsizlik anlamında Rusiya və Ermənistanın KTMT-yə ehtiyacı yoxdur. Onların arasında qarşılıqlı öhdəlik yaradan müqavilə var. Putin həmçinin tez-tez hansısa tarixlə bağlı Ermənistanı təbrik eləməyi unudur. Məsələn, mayın 28-də o, Azərbaycan prezidenti İlham Əliyevi milli bayram – Respublika Günü münasibətilə təbrik edir, amma eyni gündə Ermənistan prezidenti Serj Sərkisyanı Birinci Respublika Günü münasibəti ilə təbrik etməyi yaddan çıxarır”.

*****

Əslində ortada təəccüblü heç bir şey yoxdur. Ola da bilməz. Məsələ ondadır ki, Rusiya üçün Ermənistan çoxdan ucqar quberniya qismindədir. Quberniya başçısına məlum münasibət də elə buradan qaynaqlanır. Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi ilə NATO komandanı arasında görüşün İrəvanda deyil, məhz Bakıda reallaşması bunun növbəti bariz təsdiqidir.

Beləcə, Ermənistan artıq hesablaşılmayan bir ölkəyə çevrilib. Ancaq könüllü şəkildə, 2047-ci ilədək (!) Rusiyanın vassalı olmağa razılıq vermiş ermənilər buna görə kimsəni, Putini yox, özlərini qınamalıdrlar. Vassal asılılığından qurtulmağın tək yolu isə bəlli – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq .

Siyasət şöbəsi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın