Menu
Geri İrəli

Azərbaycanda 18 dərəcə temperatur olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2015 • Baxış sayı: 370 dəfə • Şərh yoxdur

Noyabrın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 14-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq  rayonlarda çiskin olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə, gündüz 15-20 dərəcə, dağlıq rayonlarda gecə 2-7 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın