Menu
Geri İrəli

Azərbaycanda 3 piyada qadın öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2017 • Baxış sayı: 250 dəfə • Şərh yoxdur
Share Button

Daxili İşlər Nazirliyi dünən baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 12-da saat 9 radələrində Kəpəz rayonunun V.Xuluflu küçəsində Yevlax rayon sakini Rüfət Abbasov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarı ilə gedən şəhər sakini Mətanət İsayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa oktyabrın 12-də saat 21 radələrində Göyçay şəhərinin ərazisində rayon sakini Kamran Miriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Tükəz Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Daha bir ölüm faktı oktyabrın 12-də saat 17 radələrində Gədəbəy şəhərində qeydə alınıb. Şəhər ərazisində rayon sakini Seymur Məmmədalıyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən həmyerlisi Yaqut Orucovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın