Menu
Geri İrəli

Azərbaycanda 9 xalça zavodu tikilir – 1600 nəfər işlə təmin ediləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Yanvar 2017 • Baxış sayı: 372 dəfə • Şərh yoxdur
Share Button

b4bd1ef5d6a9f52b932b6d1babdf9fd0“Azərbaycanda alüminium sənayesinin inkişafı üçün kompleks tədbirlər hazırlanıb və Gəncədə bu sahə üzrə Sənaye Parkının yaradılması imkanları araşdırılır”.

 Lent.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Qeyd edilib ki, Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 mln. manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye Zonasında 5 müəssisə – karton stəkan istehsal edən “Sun Rise Production”, polietilen boru istehsal edən “Toğrul-2008″, kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi “Petroqeoaz”, modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan “Providence Doytch Limited” və balıq yemi istehsal edən “Kəhf” şirkətləri 2017-ci ilin yanvar-mart aylarında artıq məhsul istehsalına başlayacaq, avtomobil istehsal edən “Azeurocar” isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır. Digər layihələri icrası istiqamətində işlər görülür.

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Zonasının təşkili ilə bağlı işlər intensiv olaraq davam etdirilir. Sahibkarların Sənaye Zonasına marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Hazırda Masallı Sənaye Zonasının layihələndirmə işləri başa çatmaq üzrədir.

Bununla yanaşı, Ağstafada özəl təşəbbüs əsasında yaradılmış sənaye zonası fəaliyyətə başlayıb.

Dövlət başçısının tapşırığına uyğun olaraq, digər rayonlarda da sənaye zonalarının yaradılması istiqamətində iş aparılır.

Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər davam etdirilir.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaqdır. Bunun nəticəsində 1600 yeni iş yeri yaradılacaq. Bundan başqa, ASC tərəfindən bu il əyirici-boyaq müəssisəsinin tikintisinə başlanılacaq.

Xalçaçılıq sahəsində əsas xammallardan olacaq yunun tədarükü, emalı və ixcracı məqsədilə artıq araşdırmalara başlanılıb. Bu sahədə xarici təcrübə öyrəniləcək və tətbiq olunacaq.

İclasda inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılması məsələsi müzakirə olunub və müvafiq sahədə araşdırmaların aparılması, yeni istehsal sahələrinin yaradılmasına dəstək göstərilməsi barədə Nazirliyin müvafiq struktur bölmələrinə göstəriş verilib. Bu günlərdə təsis olunmuş Tikinti Materialları İstehsalçıları Assosiasiyası da inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılmasında əhəmiyyətli olacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın