Menu
Geri İrəli

Azərbaycanda avtomobil qəzasına düşmüş vəzifəli şəxs vəfat edib

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2017 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur

baki-quba-yolunda-qeza-150602017-1Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Daşkəsən rayon şöbəsinin müdiri dünyasını dəyişib.

“Report”un Qərb bürosunun məlumatına görə, iyun ayının 18-də Gəncə-Daşkəsən avtomobil yolunda idarə etdiyi “Hyundai” markalı avtomobillə avtomobil qəzasına düşən, 1956-cı il təvəllüdlü Firuddin Əli oğlu Cəfərli aldığı xəsarətlərdən bu gün vəfat edib.

Xatırladaq ki, F.Cəfərlinin idarə etdiyi avtomobil Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin xidməti maşını olan “NİVA” markalı avtomobillə toqquşub. Qəzaya isə bir müddət əvvəl ürəyindən əməliyyat olunan F.Cəfərlinin sükan arxasında infarkt keçirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın