Menu
Geri İrəli

Azərbaycanda avtomobillərin sayı açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Fevral 2017 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur

1421388795_esas-sekil-masin-bazari2016-cı ildə Azərbaycanda avtomobil parkının sayı 1.347.812 təşkil edib. Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, İdarənin əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb, 10.457 avtomobil ilkin qeydiyyata alınıb, 50.308 ilkin sürücülük vəsiqəsi verilib.

Ötən il ərzində 30 svetofor obyekti quraşdırılıb, 24.236 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 3.161.882 pm cizgiləmə işi aparılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın