Menu
Geri İrəli

Azərbaycanda bir gündə 9 nəfər bədbəxt hadisə nəticəsində öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2015 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur

xestexanaOnlardan 6-sı su hövzələrində boğulub

Azərbaycanda bir gündə 9 nəfər bədbəxt hadisə nəticəsində ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 5-də Mərdəkan qəsəbəsindəki dəniz çimərliyində Gəncə şəhər sakini Akif Məmmədov, Zuğulba çimərliyində Buzovna qəsəbə sakini Ərəstun Əliyev, Tovuz rayonu Qazqulu kəndində Kamran Hüseynov su anbarında çimərkən boğulub. Şəmkir rayonunun Qaranüy kəndində Elvin Piriyev Kür çayında balıq tutarkən yıxılaraq çayda boğulub. Onların hamısının meyiti sudan çıxarılıb.

Bundan başqa avqustun 5-də Binəqədi rayonundakı Goradil qəsəbəsinin çimərliyində Gəncə şəhər sakini Namiq Qurbanov və Abşeron rayon sakini Anar Mehdiyev çimərkən boğulub. Hər iki şəxsin meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.

Daha bir bədbəxt hadisə Bakının Xəzər rayonunda qeydə alınıb. Rayon sakini Könül Haqverdiyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və avqustun 5-də orada ölüb. Şəki şəhər sakini İsmayıl Əliyev isə yaşadığı evdə alkoqol zəhərlənməsindən ölüb.

Avqustun 5-də Binəqədidəki təmir sexlərindən birində də ölüm hadisəsi olub. Avtomobil təmiri sexində işləyən Bakı şəhər sakini Rüstəm Qasım oğlunu elektrik cərəyanı vurub. O, hadisə yerindəcə vəfat edib.

Hər bir faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın