Menu
Geri İrəli

Azərbaycanda bu yollar buzlayıb – XƏBƏRDARLIQ – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2017 • Baxış sayı: 183 dəfə • Şərh yoxdur

0732fc9e960123ff69e111de24dcc4f5Baş Dövlət Yol Polisi İdarəsi ölkənin magistral yollarındakı vəziyyətlə bağlı məlumat yayıb. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, hazırda bütün ölkə ərazisində qarlı hava şəraiti hökm sürür. Bütün istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkəti müşahidə edilir, yollar açıqdır: “Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən yollarında qismən buzlaşma var. Ağsu aşırımında, İsmayıllı yolunun isə bəzi hissələrində buzlaşma müşahidə edilir, amma avtomobillərin hərəkəti müşahidə olunur”.

K. Əliyev deyib ki, dünən axşamdan başlayaraq yollara qum, duz səpilməsi həyata keçirilir: “Buna baxmayaraq bəzi sürücülər qış şinləri ilə təchiz olunmamış avtomobillərlə hərəkət edirlər və yolun hərəkət hissəsində qalırlar”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın