Menu
Geri İrəli

Azərbaycanda daha bir neçə universitet birləşdirilə bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2016 • Baxış sayı: 345 dəfə • Şərh yoxdur

Bu barədə Təhsil nazirinin müavini Ceyhun Bayramov məlumat verib
“Ali təhsil müəssisələrinin  birləşdirilməsi prosesinin davam etdirilməsi istisna deyil”.

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirinin müavini Ceyhun Bayramov jurnalistlərin universitetlərin birləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.

C. Bayramov onu da xatırladıb ki, bu proses çərçivəsində ötən il Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji universitetinə birləşdirilib. Həmçinin Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın