Menu
Geri İrəli

Azərbaycanda dəhşətli istilər 3 gün davam edəcək – 43 dərəcə

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2016 • Baxış sayı: 367 dəfə • Şərh yoxdur

isti havaBakıda və Abşeron yarımadasında sabah ustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində isti hava şəraiti davam edəcək.

Azərbaycanın rayonlarında

Avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

Yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın