Menu
Geri İrəli

Azərbaycanda dəhşətli olay: sahibsiz itlər 65 yaşlı kişini parçaladı — FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2017 • Baxış sayı: 93 dəfə • Şərh yoxdur
Share Button

1505905338_itdislediAbşeron rayonu, Masazır qəsəbəsində sahibsiz itlər 65 yaşlı Eldar Zamanova hücum ediblər.
Bu barədə Ölkə.Az-a E.Zamanovun oğlu Natiq Eldarov məlumat verib. Onun sözlərinə görə, hadisə qəsəbənin Cantəpə adlanan məhəlləsində baş verib:

“Burada çoxlu sahibsiz itlər var. May ayında yaxınlıqdakı məktəbə də hücum etmişdilər. Hətta 5-6 uşaq da xəsarət almışdı. Amma bu barədə heç yerdə xəbər verilmədi, heç bir tədbir də görmədilər. Dünən də sahibsiz itlər 65 yaşlı atama hücum ediblər. Təzəcə ürək əməliyyatı keçirib, iki dəfə infarkt olub. İtlər atamın başını dişləyib, qollarını parçalayıb. Hazırda “Semaşko”dadır”.

N.Zamanov bildirib ki, sözügedən problemə görə məhəllədəki məktəblilər dərsə getmək istəmirlər:

“Çünki hər an təhlükə var. Xahiş edirəm, bu məsələni ictimailəşdirin. Bəlkə aidiyyatı qurumlar bir tədbir görərlər”.


Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın