Menu
Geri İrəli

Azərbaycanda əhali yenidən siyahıya alınacaq – FƏRMAN

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2016 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

ilham aliyevPrezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb. sumqayitxeber.com  AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısının imzaladığı fərmanla Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçiriləcək. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək və fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın