Menu
Geri İrəli

Azərbaycanda ev alqı – satqısı sürətlə artır

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2017 • Baxış sayı: 377 dəfə • Şərh yoxdur

1492756301-7096Son vaxtlar Azərbaycanda daşınmaz əmlakla bağlı əməliyyatlar sürətlə artır.

Bu haqda məlumatı Əmlak Məsələləri Dövlət Komitəsi yayıb. Xəbərdə bildirilir ki, 2017-ci ilin ilk beş ayının nəticələri respublikanın əmlak bazarında güclü şəkildə canlanmanın olduğunu göstərir. Xüsusilə ilkin qeydiyyat, yəni əmlakların ilk dəfə sənədləşdirilməsində sürətli artımlar baş verib.

Aparılan statistik göstəricilərə əsasən 2017-ci ilin may ayında ölkədə 17251 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Yerinə yetirilən qeydiyyatın 5111 ilkin, 12140 isə təkrar qeydiyyata aiddir. Cari ilin may ayında 14988 daşınmaz əmlaka texniki pasport tərtib edilib, 3604 ipoteka müqaviləsi, 351 yüklülük dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 13386 yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 4735 digər müxtəlif məzmunlu arayışlar verilib. 11107 daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.

May ayında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3253 fərdi yaşayış və bağ evi, 4246 mənzil, 8974 torpaq sahəsi, 671 qeyri-yaşayış binası, 79 əmlak kompleksi, 4 çoxmərtəbəli yaşayış binası, 24 çoxillik əkmə olub.

Ötən ilin may ayı ilə müqayisədə fərdi evlərin qeydiyyatı 32.18%, torpaq sahələri 8.6%, mənzillərin qeydiyyatı 27.0%, qeyri-yaşayış binalarının qeydiyyatı 53.2%, çoxillik əkmələrin qeydiyyatı isə 4 dəfə artıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın