Menu
Geri İrəli

Azərbaycanda general-mayor vəfat edib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2016 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

eli_kazimovAzərbaycan Silahlı Qüvvələrinə itki üz verib.

“Qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, uzun sürən xəstəlikdən sonra istefada olan general-mayor Əli İmran oğlu Kazımov 2016-cü il oktyabr ayının 26-da 60 yaşında vəfat edib.

Əli İmran oğlu Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində anadan olub.

1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızıbayraqlı Xəzər Ali Hərbi-Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq “mühəndis – şturman” ixtisasına yiyələnib.

Azərbaycan Respublikası Müdafiə nazirinin 25 fevral 1996-cı il tarixli əmri ilə Ə.İ.Kazımova “1-ci dərəcəli kapitan” və Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli əmri ilə “general-mayor” ali hərbi rütbəsi verilib.

Sonralar Müdafiə nazirinin məsləhətçisi, Müşavirlər qrupunun müşaviri, İnspektorlar qrupunun inspektoru vəzifələrində xidmət edən general-mayor Əli İmran oğlu Kazımov 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın