Menu
Geri İrəli

Azərbaycanda internet niyə çökdü?

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2016 • Baxış sayı: 119 dəfə • Şərh yoxdur

internetDünən ölkənin internet təminatında və milli resursların fəaliyyətində problemlərin yaranması və bu problemin “Delta Telekom”dan qaynaqlanması ilə bağlı yayılan xəbərlərə rəsmi cavab verilib.

“Delta Telekom LTD” – nin daxili xidmət rəhbəri Anar Gülməmmədov AzVision.az – a açıqlamasında bildirib ki, dünən internet kəsilməsi olmayıb:

““Delta Telekom”da internet kəsilməsi ilə bağlı söhbət gedə bilməz. Sadəcə təxirəsalınmaz işlərin yerinə yetirilməsi ilə bağlı profilaktik işlər görülüb. O da bəzi serverlərdə dayanmaya səbəb olub. Amma internetin kəsilməsi ümumiyyətlə olmayıb”.

A.Gülməmədov qeyd edib ki, dünən internet kəsilməsini ola bilsin ki, kimsə qeydə ala bilər: “Bu da sırf rezervsiz işləyən müştərilər ola bilər. Məlumdur ki, internet rezervli olmalıdır. Bir tərəf dayananda, digərindən götürüb işləyə bilsin. Rezervsiz işləyirsə bunun günahı “Delta Telekom”da deyil”.

Qeyd edək ki, Azərbaycan İnternet-Forumunun prezidenti Osman Gündüz dünən ölkədə internetin kəsilməsi barədə məlumat yayıb. O qeyd edib ki, günün müəyyən saatlarında internet bağlantısında fasilələr yaranıb və “Delta Telecom” – un Data Mərkəzində yerləşən milli resursların fəaliyyətində problemlər yaşanıb.

“İnternet təminatı qısa müddətdə həll olunsa da əksər milli resursların, bir sıra xəbər saytlarının fəaliyyətini indiyədək bərpa etmək mümkün olmayıb. “Delta Telecom” şirkəti ölkənin xeyli sayda milli informasiya resurslarını həm ictimai əsaslarla , həmdə kommersiya şərtləri ilə öz Data Mərkəzində saxlayır. Müşahidələr və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki problemlər “Delta Telecom”-un magistral xətlərində deyil, daxili sistemində baş verən nasazlıqlarla bağlı olub. Problemin uzun müddət davam etməsi onun ciddi olmasından xəbər verir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın