Menu
Geri İrəli

Azərbaycanda iş saatları dəyişdirilsin – TƏKLİF

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2015 • Baxış sayı: 282 dəfə • Şərh yoxdur

24

Abid Şərifov açıqlama verdi.

Azərbaycanda iş saatı dəyişdirilə bilər.

Bu barədə Baş nazirin müavini Abid Şərifov ANS TV-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda institutlar, dövlət müəssisələri eyni zamanda işə başlayır:

“Əksəriyyəti 9-da, ya da doqquzun yarısında. Biz bu qərarı qəbul etməmişdən qabaq, mən sizə konkret sxemlərdə təqdim edə bilərəm ki, hansı ölkələrdə necədir. İstənilən adama təqdim edə bilərəm. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada belədir. Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyəti qurumlarımızdan xahiş edirik, tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar saat 8-in yarısından səkkizəcən işə başlamalıdırlar. Dövlət sektoru 9-un yarısından 10-un yarısına qədər. Bank sektorunda isə iş saat 10-dan başlamalıdır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın