Menu
Geri İrəli

Azərbaycanda kərə yağı ucuzlaşacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2017 • Baxış sayı: 204 dəfə • Şərh yoxdur
Share Button

kere yagAzərbaycana gətirilən kərə yağına və digər süddən hazırlanan yağlara tətbiq edilən gömrük rüsumları 3 dəfəyə qədər azaldılıb. Sahibkarlar bundan sonra ümumi dəyərin 5 faizi həcmində rüsum ödəyəcəklər.

Rüsumların azaldılması satışa çıxarılan kərə yağlarının qiymətinə təsir edəcəkmi?

İqtisadçı-ekspert Vüqar Bayramlı AzVision.az-a bildirib ki, Azərbayacan gətirilən kərə yağlarının qiymətləri azaldılmalıdır: “Əvvəllər də bildirmişdim ki, ölkəyə idxal olunan kərə yağlarına görə vergilərin azaldılamasına və güzəştlərin təbiq edilməsinə ehtiyac var. İkinci mərhələdə isə uzun müddətli dövr üçün yerli istehsalın artırılması və idxaldan asılılığın aradan qaldırılmasına nail olmaq lazımdır. Sevindirici haldır ki, birinci mərhələ baş tutdu və proses davam edir. Əslində hər iki mərhələ paralel olaraq edilməlidir. Güman edirəm ki, edirlər. Sahibkarlar bu qərara qədər 15 faiz həcmində gömruk rüsumu ödəyirdilərsə, indi bu 5 faizə düşüb. Praktik olaraq bu tətbiq edilən rüsumun 3 dəfə azaldılması deməkdir”.

V.Bayramov qeyd edib ki, qərar kərə yağının qiymətinin aşağı düşməsinə səbəb olacaq: “Nəticə etibarı ilə qərar ölkəyə idxal olunan kərə yağının qiymətinə təsir göstərəcək. Yəni, azalmalar müşahidə ediləcək. Sahibkarlar da artıq kərə yağının qiymətini aşağı salmalıdırlar. Çünki dünya bazarında qiymətlər stabilləşib, ölkədə isə rüsümların həcmi 3 dəfəyə qədər azaldılıb. Əgər qiymətlər azalmasa, bu sahibkarlar tərəfindən süni şəkildə qiymətlərin qorunub saxlanılması hesab olunacaq”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın