Menu
Geri İrəli

Azərbaycanda məktəbdə şok – direktor şagirdi kabinetinə çağırdı və…

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2017 • Baxış sayı: 870 dəfə • Şərh yoxdur
Share Button

qizqiz62 yaşlı kişinin seksual hərəkətini icazə üçün otağına gedən qadın görüb

Xaçmaz rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova Arzu kənd məktəbində baş verən biabırçı hadisə ilə bağlı açıqlama verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, o direktor Gülfəz Alxasovu tərbiyəli şəxs kimi tanıdığını və belə hadisənin olmasına inanmadığını deyib.

“Amma hər şey ola bilər”, deyən Mədinə Nurməmmədova bir neçə gün öncə adıçəkilən məktəbdə rayonun polis rəisi ilə narkomaniya ilə bağlı tədbir keçirdiklərini deyib. “Onda heç kim mənə şikayət etməyib”.

Təhsil şöbəsi müdiri faktın rayon polis şöbəsi əməkdaşları tərəfindən ciddi araşdırıldığını, fakt təsdiqini tapandan sonra tədbir görüləcəyini deyib. Hazırda polis və təhsil şöbəsinin əməkdaşları məktəbdədir.

Direktor Gülfəz Alxasov isə baş verən hadisədən sonra bülletenə çıxıb.

Saat 12:10

Azərbaycandakı məktəblərdən birində xoşagəlməz hadisə baş verib. İstiPress-in Şimal bürosunun əldə etdiyi məlumata görə, insident Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanıb.

İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.

Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Əldə etdiyimiz məlumata görə, qadınlar bu gün də məktəbə yığışıb və direktorun işdən getməsini tələb ediblər.

Xaçmaz İcra başçısının Hacıəlibəy İƏD üzrə nümayəndəliyindən valideyn tərəfindən belə bir söhbətin yayıldığı və məsələnin araşdırıldığı deyilib.

İstiPress-in əldə etdiyi məlumata görə, polis vəziyyətə nəzarət edir. Direktorun və məktəblinin ifadəsi alınır. Bu hadisənin gerçək və ya direktora atılan böhtan olub-olmadığı araşdırmalardan sonra bilinəcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın