Menu
Geri İrəli

Azərbaycanda məktəblər bağlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Yanvar 2016 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur

mektebAzərbaycanda orta məktəblər bu gündən bağlanıb. Modern.az saytı xəbər verir ki, təhsil ocaqlarının şagirdləri qış tətilinə buraxılıblar. Təhsil Nazirliyinin məlumatına görə, tətil 5 gün davam edəcək, yanvarın 31-də başa çatacaq.

Fevralın 1-də orta məktəblərdə dərslər bərpa olunacaq və dərs ilinin ikinci yarımili başlayacaq.

Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri ötən il sentyabrın 15-i başlayıb, bu il iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar, ibtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın