Menu
Geri İrəli

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı QAYDA DƏYİŞDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2017 • Baxış sayı: 230 dəfə • Şərh yoxdur
Share Button

secki-sesvermeAzərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

APA-nın məlumatına görə, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın