Menu
Geri İrəli

Azərbaycanda qadın ərindən maşın nömrəsinə görə boşandı (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2017 • Baxış sayı: 594 dəfə • Şərh yoxdur
Share Button

bosanma-davasi1497620176Azərbaycanda beş il evli olan qadının qeyri-adi istəyi boşanmaya səbəb olub.

sumqayitxeber.com “Xəzər TV”yə istinadən xəbər verir ki, qadın ərinin aldığı avtomobilin dövlət qeydiyyat nişanında olan hərflərdən birinin öz adının baş hərfi olmasını istəyib. Lakin alınan avtomobilin nömrəsindəki hərf başqa olub və buna görə ərini qısqanan qadın ondan boşanmaq üçün vəkil tutub.

25 yaşlı qadınının bu istəyini əri ilk vaxtlar qeyri-ciddi qarşılayıb. Sonda məhkəməyə çağırılması onu əməlli başlı şoka salıb. O, məhkəmədə nömrəni dəyişməyə razı olduğunu desə də, qadın razılaşmayıb.

Hadisə haqda eşidən hər kəs elə qadının əri qədər şoka düşür. Boşanma səbəbinin bu qədər cılızlaşması hər kəsdə təəssüf hissi yaradır.

Sosioloqlar son zamanlar belə xırda səbəblərə görə boşanmaların artığını deyirlər. Bildirilər ki, buna səbəb insanların ailə dəyərlərinə ötəri yanaşması və gənc ailələrin hər xırda qüruru ailədən üstün tutmasıdır.

Qeyd edək ki, bu qeyri adi səbəbə görə ayrılan cütlüyün bir azyaşlı övladı da var.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın