Menu
Geri İrəli

Azərbaycanda qadınlar arasında cehiz üstə dava – Yaralılar var

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2017 • Baxış sayı: 850 dəfə • Şərh yoxdur
Share Button

imagesjpgAğdaş rayonunda qohumlar arasında kütləvi dava baş verib.

SUMQAYITXEBERCOM-un APA-ya istinadən xəbərinə görə, hadisə Ağdaş şəhərinin Məşəd qəsəbəsində, qaraçılar yaşayan məhəllədə qeydə alınıb. Bir-biri ilə qohum olan qadınlar arasında baş verən davada müxtəlif dərəcəli bədən xəsarətləri alan 2001-ci il təvəllüdlü Quliyeva Fidan Tərlan qızı, 1978-ci il təvəllüdlü Quliyeva Ülkər Məhyəddin qızı, 1964-cü il təvəllüdlü Quliyeva Şəhla Yaqub qızı, 1981-ci il təvəllüdlü Süleymanova Rövşanə Kəmaləddin qızı, 1998-ci il təvəllüdlü Süleymanova Gülcan Pünhan qızı, 2001-ci il təvəllüdlü Qasımov İzzət Maqsud oğlu Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, məhkəmənin qərarı ilə bu günlərdə boşanan oğlan və qızın anaları arasında dava cehizlik əşyaların geri qaytarılması ilə bağlı mübahisə yaranıb. Mübahisəyə digər qadınlar da qoşulub və onlar bir-birlərinə daş, küt alət, yumruqla zərbələr endirməklə xəsarət yetirib. Onlardan 3-nün vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın