Menu
Geri İrəli

Azərbaycanda referendumqabağı təşviqata start veriləcək – SABAH

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2016 • Baxış sayı: 326 dəfə • Şərh yoxdur

1seckiSabahdan Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar referendumqabağı təşviqat başlayacaq.

sumqayitxeber.com apa-ya istinadən xəbər verir ki, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır.

Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar bu proses sentyabrın 3-də başlanacaq, sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın