Menu
Geri İrəli

Azərbaycanda selfi çəkən 18 yaşlı qız faciəvi şəkildə ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2016 • Baxış sayı: 762 dəfə • Şərh yoxdur

selfiAstara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Ölkə.Az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.

Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın