Menu
Geri İrəli

Azərbaycanda ŞOK ƏMƏLİYYAT: 12 yaşlı uşağın cinsiyyəti dəyişdirildi – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2016 • Baxış sayı: 787 dəfə • Şərh yoxdur

emeliyatBu gün Bakıdakı özəl klinikalardan birində 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı həyata keçirilən cərrahiyə əməliyyatı uğurla başa çatıb. Lent.az-ın məlumatına görə, daxili orqanları qadın, bəzi xarici orqanları isə kişi cinsiyyətinə mənsub olan yeniyetmə hazırda reanimasiyadadır və bərpa prosesini keçməyə başlayıb.

Tanınmış həkimlər tərəfindən həyata keçirilmiş əməliyyat bir neçə saat davam edib.

*****

11:39

Bu gün Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyəti dəyişdiriləcək. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, əməliyyat Bakıdakı özəl klinikaların birində gerçəkləşdiriləcək. Əməliyyatdan sonra uşağın cinsiyyəti qadın olacaq.

Əməliyyatı gerçəkləşdirəcək plastik-cərrah Dilqəm Məmmədov prosedurun qanuni yollarla edildiyini söyləyib: “Bu insan kefindən əməliyyat etdirən deyil. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Tibb elmində buna hermofroditizm deyilir. Xəstənin normal genotipi, xromosomları, xarici görünüşü qadındır. Yəni “xy” yox, “xx” daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirəcəyik. Bunu Türkiyədə genetik labarotoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. Səhiyyə Nazirliyindən və Baş Prokurorluqdan əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdı. Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın