Menu
Geri İrəli

Azərbaycanda xüsusi turizm zonaları yaradılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2016 • Baxış sayı: 507 dəfə • Şərh yoxdur

DSC_0242Bu mərkəzlər Xəzər dənizinin ətrafında olacaq.

“Azərbaycanda xüsusi turizm zonalarının yaradılması məsələsi aktualdır”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müaviniSevinc Həsənova deyib.

Onun sözlərinə görə, hazırda bu sahədə müvafiq sənədlər hazırlanıb və aidiyyəti orqanlar tərəfindən müzakirə olunur:

“Azərbaycanın turizm potensialının reallaşdırılması üçün son zamanlar çox ciddi addımlar atılıb. Biz artıq turistlərin Azərbaycana marağının artmasını müşahidə edirik. Azərbaycanda turizm sahəsinə son illərdə külli miqdarda vəsait ayrılıb, turizm infrastrukturu inkişaf etdirilib. Xüsusi turizm zonaları, xüsusilə, Xəzər dənizinin ətrafında yaradılacaq.

Burada çimərlik turizminin inkişafı və bütün turizm infrastrukturunun daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bunlar sahibkarlara imkan verir ki, daha yaxşı infrastruktur qursunlar. Əslində investisiya təşviqi mexanizmi vasitəsi ilə həyata keçirilir. Burada da turizm sahəsi prioritet sahə kimi müəyyənləşdirilib. Onlar bu təşviq mexanizmindən bəhrələnə bilərlər”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın