Menu
Geri İrəli

Azərbaycanda yağış yağacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2015 • Baxış sayı: 433 dəfə • Şərh yoxdur

yagish 241213Bakıda 36 dərəcə isti olacaq.

İyunun 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun 24-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın