Menu
Geri İrəli

Azərbaycanda yenə zəlzələ oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2017 • Baxış sayı: 227 dəfə • Şərh yoxdur
Share Button

zelzeleAzərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb. Lent.az-ın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.

Ocağı 24 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yeraltı təkanlar rayonun əksər kəndlərində hiss olunub. Rayon ərazisində dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi zərər dəyib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın