Menu
Geri İrəli

Azərbaycanda yeni medal yaradıldı – “Şücaətə görə”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2016 • Baxış sayı: 315 dəfə • Şərh yoxdur

bayraq-1Vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənən şəxslər üçün yeni medal təsis edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. Bu, “Şücaətə görə” medalıdır.

Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə yeni hissələr təklif edilir.

“Şücaətə görə” medalının Əsasnaməsinə görə, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcək. Medalın üzərində “Azərbaycan uğrunda” sözləri həkk edilib.

Medal müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təltif ediləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın