Menu
Geri İrəli

Azərbaycanı gözəllik müsabiqəsində bu qız təmsil edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2015 • Baxış sayı: 485 dəfə • Şərh yoxdur

11183042_762359353871817_2091292046_oMüsabiqə Kral TV ilə canlı yayımlanacaq.

Avqustun 15-də Türkiyənin İzmir şəhərində “ Miss Exclusive of the World 2015” beynəlxalq  model müsabiqəsinin final mərhələsi keçiriləcək.

Bu haqda Oxu.Az-a məlumatı təşkilatçı Aqil Məmiyev verib:

“Hazırda təmsilçimiz Günel Şirəliyeva ilə birlikdə  yarışma ilə bağlı hazırlıqlara başlamışıq. Fotosesiylar, ölkəmizi tərənnüm edən video-tizerlər, TV və media müsahibələrə başlayırıq.Günelin üzərində tanınmış stilistlər Pərvanə Məmmədova və Sabir işləyir. Hazırlıqlar “Eurovision” müsabiqəsi formasında aparılır.

Həmçinin müsabiqənin prezidenti Çağrı Tortopla sonuncu görüşümüzdə qərar verdik ki, gələn il bu müsabiqəni ölkəmizdə keçirək. Bu ölkəmizi tanıtmaq və turizm baxımından çox gözəl addım olardı”.

Qeyd edək ki, bu il final mərhələsi isə avqust ayının 15-də İzmirdə keçiriləcək. Amma seçilən təmsilçilərimiz 25 iyuldan  kampda iştirak üçün İzmirə yola düşəcəklər.

Müsabiqə Kral TV ilə canlı yayımlanacaq. Münsiflər heyətində Türkan Şoray, Uğurkan Erez, Serdar Ortaç, Çağla Şikel kimi məşhurların yer alacaq.

Xatırladaq ki, “Miss Exclusive of the World 2015” müsabiqəsində dünyanın 50 ölkəsindən qızlar iştirak edəcək. Keçən il bu müsabiqədə ölkəmizi tanınmış aktrisa və model Tamilla Həmidova Təmsil etmişdi.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın