Menu
Geri İrəli

Azərbaycanın baş nazirinin oğlu niyə güllələndi? – 2 milyon pul, 430 ev və ölüm gəzintisi…

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2016 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur

e5c084a226d4c3dec6b79f0654e087f1

Heç kimə sirr deyil ki, keçmiş SSRİ-də rəsmi plan iqtisadiyyatından başqa, qeyri-rəsmi bazar iqtisadiyyatı da var idi. Kim idi bunlar? Gənc nəsil bəlkə də təsəvvür etməz. “Sexoviklər”, “zavmaqlar”, “bazarkomlar”, indi çoxuna həddən artıq adi gələ biləcək “xalturşiklər”. Sovet dönəmində bu fəaliyyət növləri, kommunist partiyasının ideologiyasına zidd olduğuna görə, qanunla qadağan olunmuşdu. Amma bununla belə bu fəaliyyət növləri mövcud idi və onların qarşısını almalı olan OBXSS, prokurorluq və ya digər orqan, çox vaxt özü onlara “krışalıq” edirdi. Haqqında söhbət açacağımız hekayə də sovet Azərbaycanında, 70-ci illərin sonunda baş verib.

***

O vaxt həm Azərbaycan SSR Ali Məhkəməsi, həm də SSRİ Ali Məhkəməsində aşağıda adlarını çəkdiyimiz şəxslərlə bağlı ittiham aktı orta və yaşlı nəslin yadından çıxmayıb. Çünki o dövrün qəzetlərinin əsas mövzusu Bakıdakı “sexovik”lərə “krışalıq” edən iki nəfərin ən ağır cəzaya – güllələnməyə məhkum edilməsi, onların məhkəmə oçerkləri ilə bağlı olurdu.
Saşa Babayev və İzik Quliyev. Əsl adı sənəddə İbrahim Babayevdir. İzik isə İsgəndərdir.
İzik Quliyev prokurorluqda məhkəmə hökmlərinin icrasına nəzarət idarəsində işləyirdi, İbrahim Babayev isə uzun illərdi ki, istintaq idarəsinin rəisi idi. Əslində onların gizli sex sahiblərini himayə etmələri barədə KQB-də çoxdan məlumat vardı. Saşa Babayev və İzik Quliyev sexlərə pul qoymaqla böyük pul qazanır, həm də sex sahiblərini qoruyurdular.
Sonradan iş məhkəməyə gedib çatanda məlum olmuşdu ki, Quliyev və Babayevin himayə etdiyi dəstənin məhkəmə məsuliyyətinə cəlb edilən üzvlərinin sayı 100 nəfərdən çoxdur. Və onların əksəriyyəti cinayətin baş verdiyi yerdə – Yüngül Sənaye Nazirliyinin Bakının Razin (indiki Bakıxanov) qəsəbəsində yerləşən 6 saylı uşaq geyimi fabrikində işləyiblər…

***

Həmin vaxt cinayət işinin istintaqını aparan SSRİ prokurorluğu cinayətin baş vermə səbəblərini və şəraiti nəzərə alıb, fabrikin cinayətdə iştirak edən 400 nəfərdən artıq fəhləsinə, ustasına, mexanik və s. peşə sahiblərinə güzəşt edib, onların haqqında cinayət işinin icraatına xitam vermişdi. Əks halda, çox başlar gedəcəkdi.

Məhkəmədə Babayev və Quliyevin vəzifələrindən tamah məqsədilə sui-istifadə edib 6 saylı uşaq geyimi fabrikində və Bakının ticarət şəbəkələrində çalışan yüzlərlə insanları cəlb etməklə, mütəşəkkil cinayətkar dəstələr təşkil etməsi tam sübut olundu. O da sübut olundu ki, həmin vaxt bu iki nəfər və başçılıq etdiyi dəstə dövlətin xüsusilə külli miqdarda, 2 milyon 110 min rubl dəyərində əmlakını mənimsəyiblər. Bu, o dövr üçün fantastik məbləğ idi. Hesablamaya görə, bu pula o vaxt Bakıda təxminən 430 iki otaqlı mənzil almaq olardı.

Bir maraqlı məqamı da xatırladaq ki, keçmiş SSRİ qanunlarına görə, 10 min manatdan artıq dövlət əmlakının mənimsənilməsinə görə, cinayət məcəlləsində nəzərdə tutulan maddənin sanksiyasında azadlıqdan məhrum etmə və yaxud ölüm cəzası nəzərdə tutulurdu.

***

Saşa Babayevdən fərqli, İzik Quliyev güllələnməni isterik vəziyyətdə qarşılamışdı. O, prosesi icra edən şəxsin bir neçə saniyə sonra onu öldürəcəyini təsəvvür edə bilmirmiş. Elə beləcə də deyirmiş: “Gəzintiyə gətirmisən eləmi? Düzünü de, gəzintiyə gəlmişik?..”

***

Həmin vaxt Ali Məhkəmənin üzvü olan Əlsaab Orucov sonradan xatırlayacaqdı: “Hökm məqalədə göstərildiyi kimi tapşırıqla yox, iş üzrə toplanılmış çoxsaylı sübutlarla və qanunun tələbi əsasında çıxarılmışdı. Hökm məhkum olunan şəxslər, onların vəkillərinin şikayətləri əsasında bütün instansiyalardan keçdikdən sonra qüvvədə qaldı və icra olundu”.

Hə, o ki qaldı yazının başlığına… İzik Quliyevin atası Teymur Quliyev…

Teymur Quliyev 1896-cı ildə Qaryagin qəzasının Cəbrayıl kəndində kəndli ailəsində anadan olmuşdu. O, ilk təhsilini iki sinifli kənd məktəbində almış, 1909-cu ildə məktəbi bitirib Gürcüstanın Qori şəhərinə gedərək seminariyaya daxil olmuşdu.
1914-cü ildə Qori müəllimlər seminariyasını uğurla bitirən T.Quliyev gənc müəllim kimi Cəbrayıl kəndinə gəlmiş və iki sinifli kənd məktəbində 1918-ci ilin ortalarına kimi müəllimlik etmişdi.

1920-1921-ci illərdə T.Quliyev əvvəllər Cəbrayıl inqilab komitəsinin, sonralar yoxsul komitəsinin sədri, yetim uşaqlar yurdunun direktoru vəzifəsində çalışmışdı. Azərbaycan Fövqəladə Komissiyası müvəkkilinin köməkçisi və siyasi bürosunun rəisi olmuşdu.
1929-1930-cu illərdə Azərbaycan Dövlət Siyasi İdarəsinin Lənkəran şöbəsinin rəisi olmuş, 1930-1931-ci illərdə isə Gəncə xüsusi əməliyyat şöbəsinin rəisi vəzifəsində işləmişdi. O, bu dövrdə Azərbaycanda dini hərəkatlara, kolxoz və sovxozların komsomol təşkilatlarının yaradılması əleyhinə çıxanlara qarşı aparılan mübarizədə fəal iştirak etmişdi. Gəncə hadisələri yatırıldıqdan sonra Bakıya çağırılan T.Quliyev 1931-1934-cü illərdə Azərbaycan Dövlət Siyasi İdarəsinin mərkəzi aparatında iqtisadi şöbə rəisinin müavini vəzifəsini daşımışdı.
1934-1937-ci illərdə T.Quliyev Azərbaycan SSR Ali Məhkəməsi xüsusi kollegiyasının sədri, Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdu.
1937i-ildə T.Quliyev respublikanın ən yüksək vəzifələrindən birinə – Azərbaycan SSR Xalq Komissarları Sovetinin (sonralar Nazirlər Sovetinin) sədri vəzifəsinə təyin edilmişdi. Düz, 1954-cü ilə qədər. Bu vəzifə indiki dillə desək, respublikanın baş nazir statuslu vəzifəsi idi…

Facebook Şərhləndirmə:

Şərhinizi yazın