Menu
Geri İrəli

Azərbaycanın “Eurovision” təmsilçisinin adı açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2016 • Baxış sayı: 758 dəfə • Şərh yoxdur

600@0Azərbaycanın “Eurovision” təmsilçisinin adı açıqlandı. İTV-dən ANS PRESS-ə verilən məlumata görə, martın 10-da Azərbaycanı bu ilki “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.

Toplantıda ölkəmizi “Eurovision 2016″ mahnı müsabiqəsində bu il təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Bu Səmra Rəhimlidir. O, mahnı müsabiqəsində “Miracle” mahnısını ifa edəcək.

Onun bu müsabiqədə iştirak edəcəyi barədə məlumat bir neçə gündür ki, yayılmışdı. Buna səbəb isə 2010, 2011 və 2012-ci illərdə Azərbaycanın “Eurovision”  mahnılarını hazırlayan isveçli söz yazarı Sandra Bjurman sosial şəbəkədə Səmrayla birgə fotosunun yayılması olub. Daha sonra foto sosial şəbəkədən silinib.

Sandra Bjurman Safura Əlizadənin “Drip drop”, Ell and Nikkinin “Running scared”, Səbinə Babayevanın “When the music dies” mahnılarının söz yazarıdır.

Rəsmi təmsilçinin adının martın 14-də açıqlanacağı deyilirdi.

Səmra Rəhimli - Azərbaycanın "Eurovision" təmsilçisi

Səmra Rəhimli – Azərbaycanın “Eurovision” təmsilçisi

S.Rəhimli Türkiyənin ən məşhur yarışmlarından olan “O səs Türkiyə”niniştirakçısı olub. İfaçı Hadisənin komandasında yarışıb. O, həmçinin “Səs Azərbaycan” yarışmasının nominantlarından olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın