Menu
Geri İrəli

Azərbaycanlı aparıcı: Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki… – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2017 • Baxış sayı: 455 dəfə • Şərh yoxdur
Share Button

zumrudATV-nin tanınmış aparıcısı və “Ailəcanlı” serialında Sevgi obrazını canlandıran Zümrüd Bədəlova hesab edir ki, kişilər həyasız qadınlara heç zaman xəyanət etmir.

Publika.az-ın “Üç nöqtə” layihəsinin qonağı olan Zümrüd Bədəlova onu narahat edən məqamlara toxunub.

- İndiki ağlım olsaydı…

- Ərə getməzdim.

- Zəmanət verə bilərəm ki…

- Qızımı təhsilli böyüdürəm.

- Dünyanı dəyişmək imkanım olsaydı…

- Qadınları daha yaxşı iş və maaşla təmin edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki…

- Həyasız qadınlara xəyanət edə bilmirlər, çünki qorxurlar.

- Seviləsi qadın olmağın ilkin şərti…

- Səmimi olmalısan.

- Qadınlar yaşını ona görə gizlədir ki…

- Çünki qocaldıqlarını hiss edəndə depressiyaya düşürlər.

- Qadına qarşı şiddət…

- Rüsvayçılıqdır.

- Vicdanıma and olsun ki…

- Həyatda bircə dəfə sevmişəm.

- Təəssüf edirəm ki…

- İndi istedadı olanlara layiq olduqları qiyməti vermirlər.

- Vanqa nənə ilə görüşsəydim…

- 10 il sonra həyatımda nə olacağını soruşmaq istəyərdim.

- Küsülü olduğum insana demək istəyirəm ki…

- Mənimlə küsülü olmaq onun üçün şərəfdir. (Gülür)

- Unuda bilmədiyim sevgilim bilməlidir ki…

- Bir də mənim qarşıma çıxmasın.

- Tənhalıq insan üçün lənətdir, yoxsa…

- İnsan tək qalanda özünü daha yaxşı başa düşür, həyatın mənasını daha aydın dərk edir, lənət deyil.

- Kiminsə yalan danışdığını hiss edəndə…

- Bacardığım qədər o insanlardan uzaq qaçıram.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki…

- Yəqin ki, belə də olmalı imiş.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə…

- Çox müasirləşirik, amma təəssüf ki, savadsızlaşırıq.

- Günahlarım yadıma düşəndə…

- Ağlayıram.

- Qızıma ən çox onu məsləhət görürəm ki…

- Dərslərini yaxşı oxusun və gələcəkdə hansısa dövlət işində çalışsın.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- İnancımı itirməmişəm, lakin lazımsız insanları qaldırıb dağ başına qoyulduğunu görmək məni incidir.

- Heç vaxt heç kimə icazə vermirəm ki…

- Ürəyimə daha yaxın olsun.

- O zaman riskə gedirəm ki…

- Nəticənin mənim xeyrimə olacağını təxmin edəndə.

- Təsəvvür edə bilmirəm ki…

- Televiziya və kinodan başqa özümü heç bir sahədə təsəvvür edə bilmirəm.

- Yaxşı gündə, pis gündə…

- Yanımda təkcə ailəm var.

- Biz sizə ancaq xoş günlər arzu edirik.

- Çox sağ olun.

Aytən

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın