Menu
Geri İrəli

Azərbaycanlı məşqçinin faciəvi ölümü – Meyiti hələ tapılmayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2017 • Baxış sayı: 4,329 dəfə • Şərh yoxdur
Share Button

“Miss Lafarella” insternet müsabiqəsinin iştirakçısı Günel Mirzəyeva faciəvi şəkildə dünyasını dəyişib.

sumqayitxeber.com 1news.az-a istinadən xəbər verir ki, fitness məşqçisi dənizdə boğularaq həyatını itirib. Onun cəsədi hələ də tapılmayıb.

Bu barədə Mirzəyevanın dostları sosial şəbəkədə məlumat yayıblar.

“Günel dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas olsa da, onu tapmaq mümkün olmayıb.  Günelin cəsədi hələ də tapılmayıb, axtarışlar davam edir” – deyə bildirilib.



 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın