Menu
Geri İrəli

Azərbaycanlı müğənnilər haqda bilmədikləriniz: Ağadadaş Ağayev müəllim, Flora Kərimova həkim… (SİYAHI)

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2017 • Baxış sayı: 421 dəfə • Şərh yoxdur
Share Button

1505994246_muganniOnlardan bəzisi ixtisasca həkim, filoloq, bəziləri isə iqtisadçıdır. Söhbət Azərbaycan müğənnilərindən gedir.

baku.ws ixtisası fərqli olan müğənnilərin siyahısını hazırlayıb.

Xalq artisti Flora Kərimova 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Xalq artisti Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Xalq Artisti Zülfiyyə Xanbabayeva 1985–ci ildə İncəsənət İnstitutunun “Teatr rejissoru” fakültəsinə daxil olub

Əməkdar artist Röya Ayxan 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.

Əməkdar artist Baloğlan Əşrəfov 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib.

Əməkdar artist Ədalət Şükürov 1980-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət institununun “Kütləvi tədbirlər rejissoru” fakültəsini bitirib.

Müğənni Aysel Teymurzadə 2001-2005-ci illərdə fortepiano dərsləri alıb. 2004-cü ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında “High School”-a daxil olub. 2004-2005-ci illərdə burada təhsil alıb.

Müğənni Ağadadaş Ağayev 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977-1983).

Müğənni Abbas Bağırov 2000-2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kollecində təhsil alıb.

Müğənni və aktrisa Elnarə Xəlilova 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın