Menu
Geri İrəli

Azərbaycanlı nazirlər futbol oynayacaq – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2015 • Baxış sayı: 522 dəfə • Şərh yoxdur

nazSabah Azərbaycanın deputat və nazirləri rusiyalı deputat və nazirlərlə futbol oynayacaqlar.Lent.az-ın məlumatına görə, Bu barədə modern.az saytına açıqlama verən millət vəkili Fazil Mustafa futbol matçında iki deputatın oynayacağını bildirib.

“Deputatlardan mən və Adil Əliyev komandaya seçilmişik. Məşqçinin müəyyənləşdirməsinə görə, mən sağ cinahdan hücumda oynayacam”.

F.Mustafa bu futbol matçında Azərbaycan tərəfdən nazirlər və Prezident Administrasiyasının şöbə müdirlərinin də oynayacağını qeyd edib.

“Təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov və bir sıra vəzifəli şəxslər olacaq”.

Deputat Azərbaycan komandasının məşqçisinin Vaqif Sadıqov olduğunu qeyd edib.

““Dalğa Plaza” arenasında məşq etmişik. Yəqin ki görüş də orada keçirilər. Amma dəqiq yeri bilmirəm. Matç sabah axşam saatlarında oynanılacaq, hardasa 20:00 radələrində”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın