Menu
Geri İrəli

Azərbaycanlı qız türk məşhurları heyran qoydu – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2017 • Baxış sayı: 381 dəfə • Şərh yoxdur
Share Button

aynure-sirinova“O səs Türkiyə”yə bu dəfə Aynurə Şirinova adlı azərbaycanlı müğənni qatılıb.

Axşam.az xəbər verir ki, Aynurə “Annem” mahnısını səsləndirib. Onun ifasına ilk dönən münsif Yıldız Tilbe olub. Daha sonra isə Hadisə və Murad Boz dönüb.

Murad “Belə bir görünüşü olandan bu cür səs gözləmirdim. Çox gözəl oxudunuz. Azərbaycanda bizi çox sevirlər və izləyirlər” deyə bildirib.

Hadisə isə “Elə bildim ki, Rihannadan bir şey oxuyacaq. Sənə heyran oldum” söyləyib.

Yıldız Tilbe isə “Bu mahnını çox adam oxudu, amma sən fərqli səsləndirdin. Özünəməxsus bir səsin var” deyə, əlavə edib.

Aynurə isə Yıldız Tilbe ilə yarışmaya davam etmək istədiyini söyləyib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın