Menu
Geri İrəli

Azərbaycanlılar üçün vizaların qiymətləri – Siyahı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyul 2016 • Baxış sayı: 747 dəfə • Şərh yoxdur
visaTurizm mövsümündə xaricə gedən insanların ilk xərcləri viza üçün çıxır. Fins.az Azərbaycan vətəndaşlarının səyahət coğrafiyasını nəzərə alaraq dünyanın müxtəlif ölkələrinə səyahət üçün viza qiymətlərini araşdırıb.
1. ABŞ – 160 dollar, səfirlikdən verilir
2. Kanada – 250 dollar, onlayn alınır və ya Türkiyədəki səfirlikdən verilir
3. Şengen ölkələrinə – 35 avro (Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Lixtenşteyn, Xorvatiya)
Qeyd edək ki, bəzi Şengen ölkələrinə səyahət etmsək üçün ayrıca olaraq həmin ölkələrə də viza verilir. Bunlar aşağıdakılardır:
4. Belçika, İspaniya, Fransaya – 47 dollar, Fransanın Azərbaycandakı  səfirliyində verilir. İtaliyaya visa almaq üçün 56 dollar ödəniş etmək lazımdır.
5. Norveç – 35 avrodan əlavə, VFS Global şirkətinə müraciət edərək əlavə 40 AZN ödəniş etmək lazımdır.
6. Böyük Britaniya – 130-135 dollar (qısamüddətli – 6 ay, bir və ya bir neçə giriş). Visa əldə etmək üçün onlayn müraciət edib, ödəniş etmək lazımdır.
7. Misir – 25 dollar, Misirdə yerindəcə viza verilir.
8. Dubay – 75-150 dollar. Dubaya vizanı 75 dollardan o zaman almaq olar ki, səyahət edən şəxs otel bronlamış olsun.  Bunu etməyənlər üçün isə vizanın qiyməti 100-150 dollardır.
9. Tailand – 40 dollar. Bakıdakı səfirliyə müraciət edilərək əldə olunur.
10. Hindistan – 67 manat. Səfirliyə müraciət etmək lazımdır. Viza 3-5 iş günü ərzində verilir.
11. Yaponiya –  Viza, pulsuz verilir.  Bakıdakı Yaponiya səfirliyinə müraciət etmək lazımdır. Müraciətdən sonrakı 5-10 gün ərzində verilir. Laki bəzən müraciət etmə prosesi də 15-20 gün çəkir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın