Menu
Geri İrəli

Azyaşlı bacı-qardaş müəmmalı şəkildə öldü – AZƏRBAYCANDA TÜKÜRPƏDƏN OLAY

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2017 • Baxış sayı: 590 dəfə • Şərh yoxdur
Share Button

xestexanaSabirabadda azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb.

Bu gün səhər saatlarında Şirvan şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın artıq öldüyü məlum olub.

Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da ölüb. Onun qıcolmadan öldüyü bildirilir.

Hazırda ölümlərin dəqiq hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün uşağın meyiti müayinə Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın